Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bu il İrana nə qədər Azərbaycan vətəndaşı gedib? – Rəsmi açıqlama

Bu il İrana nə qədər Azərbaycan vətəndaşı gedib? – Rəsmi açıqlama

Bu ilin yanvar-aprel aylarında Azərbaycana dünyanın 168 ölkəsindən 522,9 min və ya əvvəlki ilin müvafiq dövrü ilə müqayisədə 1,6 dəfə çox əcnəbi və vətəndaşlığı olmayan şəxs gəlib. 

Açıqlanan rəsmi məlumatlara istinadən, gələnlərin 31,7 faizi Rusiya, 20,9 faizi Türkiyə, 8,4 faizi İran, 5,5 faizi Gürcüstan, 5 faizi Hindistan, 2,3 faizi Pakistan, 2,2 faizi Birləşmiş Ərəb Əmirlikləri, 2 faizi Qazaxıstan, 1,8 faizi Özbəkistan, 1,7 faizi Səudiyyə Ərəbistanı, hər birindən 1,6 faiz olmaqla Ukrayna və Belarus, 1,3 faizi Türkmənistan, 1,2 faizi Küveyt, 12,8 faizi digər ölkələrin vətəndaşları olub.

Gələnlərin 75,8 faizini kişilər, 24,2 faizini qadınlar təşkil edib.

Apardığımız hesablama göstərir ki, son zamanlar Azərbaycanla münasibətləri gərginləşən İrandan ölkəmizə son 4 ay ərzində  43,9 min İran vətəndaşı gəlib və bunların 10,3 min nəfəri aprel ayı ərzində Azərbaycana səfər edib. Onu da qeyd edək ki, bu ilin ilk 4 ayında İrana 38,5 min Azərbaycan vətəndaşı səfər edib.

Editor

Related Posts