Uzun müddətli quraqlığın ardından yağan güclü yağış Goranboyun Aşağı Ağcakənd qəsəbəsində selə səbəb olub.
Küçlərdən axan sel suları, bir neçə sakinin mənzilinə, tövləsinə dolub, hasarları uçurub ev quşlarını tələf edib. Qəsəbə sakini Minayə Həsənova seldən ən çox ziyan görənlərdəndir. Təbiət hadisəsi zamanı 7 nəfərin yaşadığı mənzil lil, palçıq altında qalıb.
Sakinlər bildirib ki, ərazidən keçən Qarqarçayda hər hansı daşqın qeydə alınmayıb.
Qeyd edək ki, qəsəbədə sakinlərə dəymiş ziyanın miqdarı adiyyatı qurumlar tərəfindən hesablandıqdan sonra müyyənləşəcək.