Ermənistan Silahlı Qüvvələrinin Azərbaycanla sərhəddə yerləşən bölmələrində daha 6 hərbçi ilə əlaqə kəsilib.
Birinci 24 xəbər verir ki, bu barədə “Caliber” məlumat yayıb.
“Ermənistanın Teleqram kanallarında istefada olan polkovnik Vladimir Hovhannisyana istinadən Ermənistan Silahlı Qüvvələrinin 6 hərbçisi ilə Qafan rayonunun sərhədyanı Nerkin-Hand kəndində əlaqənin kəsilməsi barədə məlumatlar yayılır. Ola bilsin ki, Ermənistan hakimiyyəti Kişinyovda danışıqlar raundu ərəfəsində sülh gündəmini tamamilə pozmaq üçün ərazimizə daha bir təxribat qrupu atmağa cəhd etmək qərarına gəlib”, – məlumatda bildirib.