Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan səhiyyəsində daha bir kadr dəyişikliyi olub

Naxçıvan səhiyyəsində daha bir kadr dəyişikliyi olub

Birinci 24 xəbər verir ki, Naxçıvan Muxtar Respublikası səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini icra edən Samiq Sadıxovun müvafiq əmri əsasında Əsgərova Leyla Dilsuz qızı Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi vəzifəzindən azad edilib.

Samiq Sadıxovun digər əmrilə Əliyeva Pəri Etibar qızı Naxçıvan Muxtar Respublikası Yoluxucu Xəstəliklər Mərkəzinin baş həkimi vəzifəzinə təyin olunub.

Qeyd edək ki, Pəri Əliyeva bu təyinata qədər Naxçıvan Muxtar Respublika Xəstəxanasının Təcili – təxirəsalınmaz və planlı konsultativ yardım şöbəsinin müdiri vəzifəsində çalışıb.

admin

Related Posts