Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

DİN: “Taksi şirkətlərinin fəaliyyətinin tənzimləməsi qarşıya məqsəd qoyulub”

DİN: “Taksi şirkətlərinin fəaliyyətinin tənzimləməsi qarşıya məqsəd qoyulub”

Taksi şirkətləri ilə bağlı şikayət və müraciətlərə baxan zaman görürük ki, daha çox müşahidə olunan hallar sürücü ilə sərnişin arasında mübahisələr, qeyri-etik hərəkətlər, narkotik vasitələrə aludəçilik halları, sərxoş vəziyyətdə avtomobilin idarə edilməsi, yol-hərəkət qaydalarını pozma halları, günün qaranlıq saatlarında avtomobili müəyyən edilməmiş yerlərdə hərəkət etdirmə ilə bağlıdır.

Bunu DİN-in Mətbuat xidmətinin KİV və ictimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovnik-leytenantı Elşad Hacıyev jurnalistlərə açıqlamasında deyib.

O bildirib ki, bu cür çoxsaylı müraciətlərə görə taksi şirkətlərinin fəaliyyəti ilə bağlı tənzimləmənin təmin edilməsi qarşıya məqsəd qoyulub:

“Burada əsas məqsəd vətəndaş məmnunluğunun təmin edilməsidir. Bu sahədə neqativ halların aradan qaldırılması istiqamətində müvafiq tədbirlər davam etdirilir”.

Editor

Related Posts