Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda ata uşağına yemək almaq üçün oğurluq edib?

Bakıda ata uşağına yemək almaq üçün oğurluq edib?

Bakıda aptekdən uşaq yeməkləri oğurlayan şəxs həbs edilib.

DİN-in mətbuat xidmətinin əməkdaşı Nurlan Əliyevin sözlərinə görə, cari il mayın 4-də Yeni Günəşli qəsəbəsi ərazisində yerləşən apteklərin birindən uşaq yeməkləri oğurlamaqda şübhəli bilinən qəsəbə sakini 21 yaşlı İlkin Məmişov polis əməkdaşları tərəfindən saxlanılıb:

“Məhkəmənin qərarı ilə o, 20 sutka inzibati qaydada həbs edilib. Onun uşaq yeməyini övladı üçün oğurlaması iddiaları həqiqəti əks etdirmir. 

Belə ki, Suraxanı RPİ 33-cü Polis Bölməsində aparılan araşdırmalarla onun uşaq yeməklərini satmaq məqsədilə oğurlaması məlum olub və o, bunu izahatında da etiraf edib”.

Qeyd edək ki, daha əvvəl mətbuatda İlkin Məmişovun 100 manat dəyərində olan uşaq yeməyini övladı üçün oğurlaması barədə məlumat yayılmışdı.

Editor

Related Posts