Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda antibiotiklərin reseptsiz satılması qadağan olunur

Naxçıvanda antibiotiklərin reseptsiz satılması qadağan olunur

Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliyinin təşkilatçılığı ilə “Antibiotiklərdən reseptsiz istifadə yolverilməzdir” mövzusunda konfrans keçirilib. Tədbirdə 200-dən çox tibb işçisi və əczaxana fəaliyyəti ilə məşğul olan sahibkarlar iştirak edib.

Naxçıvan Muxtar Respublika Xəstəxanasında keçirilən konfransda Naxçıvan Muxtar Respublikasının səhiyyə nazirinin birinci müavini, nazir vəzifələrini müvəqqəti icra edən Samiq Sadıxov diqqətə çatdırıb ki, muxtar respublikada reseptsiz antibiotik satışına nəzarətin daha da artırılması ilə bağlı Naxçıvan Muxtar Respublikası Səhiyyə Nazirliynin 7 iyun 2023-cü il tarixli kollegiya qərarı qəbul edilib. Qərara əsasən muxtar respublika ərazisində antibiotiklərin reseptsiz satılması qadağan olunur və antibiotiklərdən özbaşına istifadə yolverilməzdir.

admin

Related Posts