Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Bacı bacıya deyir ki, mənim uşağım imtahandan keçdi, səninki “tupoy“dur…”

“Bacı bacıya deyir ki, mənim uşağım imtahandan keçdi, səninki “tupoy“dur…”

“Həyat imtahanları”ndan başqa, yaşadığımız həyatda bizi gözləyən müxtəlif imtahanlar da var. Əfsuslar olsun ki, bəziləri hələ də məhz məktəb, universitet, iş imtahanlarını özləri üçün ölüm-qalım məsələsinə çeviriblər. 

Məsələ ilə bağlı tanınmış psixoloq Aytən Ələkbərova imtahan öncəsi  stress, özünəinamsızlıq, bütün həyatını imtahana bağlayanlardan danışıb. 

O, qeyd edib ki, suallar kiçik yaşlarından imtahan verənin “daşıya biləcəyi” qədər olmalıdır. Azyaşlı uşağın hələ ki, inkişaf mərhələsində olduğu diqqətdə saxlanılmalıdır: 

“6-7 yaşlı uşağın anatomiyası və fiziologiyasında onun təlim fəaliyyətini şərtləndirən dəyişikliklər baş verir. Beynin çəkisi 1350 qrama çatır, 7 yaşdan 12 yaşa qədər olan uşağın inkişaf cədvəlinə baxdıqda görürük ki, beyin yavaş-yavaş inkişaf etməyə başlayır. Təsəvvür edin, 3-4 yaşlı uşağın beyni 1350 qramdan da az olur və o yaşda uşağı çox yükləmək olmaz. 

Uşaqlarda kiçik yaşlardan süniləşdirilmiş imtahan həyəcanı yaratmağa başlayırıq. Gəlin keçmiş dövrə qayıdıb, birinci sinifə getməyimizi xatırlayaq: o vaxt bizi imtahan etmirdilər, lakin bu gün cəmiyyətdə öz sözünü deyən, kifayət qədər peşəkar müəllim, həkim, psixoloq, jurnalist yetişib. Biz ki, imtahan verməmişdik? 

Bu sadəcə olaraq insanları psixoloji manipulyasiya ilə, hətta bacını-bacıya düşmən edən strateji bir mövqedir. Çünki əgər iki bacının, qardaşın övladı eyni yaşdadırsa, məktəbdə edilən imtahanlar sayəsində indidən o uşaqlar arasında müqayisələr aparılır və nəticədə eqoizm inkişaf edir. Biz belə halda yalnız gələcək üçün narsist övladlar yetişdiririk. Narsisizm isə şəxsiyyət pozuntusudur. Görün biz gələcəyimizi hansı formada inkişaf etdiririk…” 

A.Ələkbərova qeyd edib ki, davamlı olaraq azyaşlıların başqaları ilə müqayisə edilməsi düzgün yol deyil və bu, gələcəkdə onlarda narsizm yaradır: 

“Fin təhsil sistemində 4-cü sinfə qədər heç qiymətləndirmə yoxdur, ancaq rəğbətləndirmə var. Azərbaycanda da bəzi məktəblər var ki, inklüziv təhsil sisteminə (İnklüziv təhsil uşaqların fiziki, psixi, intellektual və digər xüsusiyyətlərindən asılı olmayaraq, onların öz həmyaşıdları ilə məktəbdə eyni sinifdə təhsilə cəlb edilməsidir) keçiblər. Bu onların arasında bir bərabərlik yaradıb.

Bu gün bacı bacıya deyir ki, mənim uşağım imtahandan keçdi, əşşi, səninki onsuz da “tupoy”dur, onsuz da görünürdü. Bu primitiv hal ailədə konfliktlərin yaranmasına gətirib çıxarır. Kimsə demir ki, o yaşda uşağın əzələləri hələ ki, inkişaf edir, o böyüdükcə özünəməxsus fərd olacaq. Hər kəsin anatomik quruluşu fərqlidir.

İmtahan qorxusu, həyəcanı insanı daxilində bir müharibənin yaranmasıdır”.

Editor

Related Posts