Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Zəngəzur dəhlizinə Rusiya Sərhəd Xidməti nəzarət edəcək

Zəngəzur dəhlizinə Rusiya Sərhəd Xidməti nəzarət edəcək

9 noyabr 2020-ci il tarixli üçtərəfli bəyanata əsasən, vətəndaşların, avtonəqliyyat vasitələrinin və yüklərin maneəsiz hərəkətinin təşkili məqsədilə nəzarət Rusiya Sərhəd Xidmətinin orqanları tərəfindən həyata keçiriləcək.

Bunu Azərbaycanın baş nazirinin müavini Şahin Mustafayev “Moskva-Bakı” nəşrinə Azərbaycanın qərb rayonları ilə Naxçıvan Muxtar Respublikası arasında nəqliyyat əlaqəsinə Rusiyanın nəzarət edib-etməməsi ilə bağlı sualı cavablandırarkən deyib.  

“9 noyabr 2020-ci il tarixli birgə bəyanatın 9-cu bəndi əsasında onun müddəalarının tez bir zamanda həyata keçirilməsi üçün danışıqlar aparılır. Naxçıvanı Azərbaycanın qərb rayonları ilə birləşdirən mövcud və yeni nəqliyyat əlaqələrinin bərpası planlaşdırılır. Həm sərnişin, həm yük daşımalarının, həm də avtonəqliyyat vasitələrinin həyata keçirilməsi təmin ediləcək”, – deyə o bildirib.

O əlavə edib ki, hazırda texniki detallar üzrə razılaşma ilə bağlı müzakirələr gedir.

Qeyd edək ki, iyunun 2-də Moskvada Azərbaycan, Ermənistan və Rusiya baş nazirlərinin müavinlərinin iştirakı ilə Cənubi Qafqaz regionunda kommunikasiyaların bloklanması üzrə üçtərəfli işçi qrupunun növbəti iclası keçirilib.

Editor

Related Posts