Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Vicdanımı sorğu-sual etdiyim yerə geldim” – İradə İbrahimova

“Vicdanımı sorğu-sual etdiyim yerə geldim” – İradə İbrahimova

Müğənni İradə İbrahimova Şəhidlər Xiyabanı və İkinci Fəxri Xiyabanda olub.

Birinci 24 xəbər verir ki, ifaçı bununla bağlı sosial media hesabında paylaşım edib.

“Hər addımımda yaxınlaşdıqca nitqimin tutulduğunu, qanımın çəkildiyini, sözlərin, təsəllinin mənasızlaşdığını, “Yaşamamısan haradan biləcəksən ki”,”Sən heç yetim, ərsiz, atasız qaldın?” dediyimi, vicdanımı, yaşadığım niskilin dərəcəsini sorğu-sual etdiyim yerə geldim. İradə, o zaman “sus” dedim. Savm-ı samt (susmaq orucu) dedim. Oruc dediyimiz sadəcə yemək-içməkdən uzaq durmaq deyil. Allah adına lazımi yerlərdə lazım olduğu qədər susmaqdır. Susmaq iç dünyanla danışmamaq da deyil, əksinə içinlə söhbət etmək üçün çöl ilə əlaqəni kəsməkdir. Hər ziyarətimi ölməmə günləri olaraq qeyd edirəm” deyə, İradə yazıb.

admin

Related Posts