Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev şəxsi nəticəsini yeniləyib

Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev şəxsi nəticəsini yeniləyib

Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasının stadionunda, Əməkdar məşqçi Əfqan Səfərovun xatirəsinə həsr olunan atletika üzrə 26-cı beynəlxalq turnir keçirilir. Yarışa Azərbaycan, Türkiyə, Gürcüstan, Qırğızıstan və Omandan olan atletlər qatılıb.

Birinci 24 xəbər verir ki, turnir çərşçivəsində qaçış yarışlarında iştirak edən Naxçıvan Atletika Federasiyasının idmançısı Əmrah Nağıyev 2 medal qazanmağa müvəffəq olub. Atletimiz 1500 metr məsafəyə qaçış növündə 4 dəqiqə 28.50 saniyə, 3000 metr məsafədə isə 9 dəqiqə 43.97 saniyə vaxt sərf etməklə rəqiblərini geridə qoyub. Bununla da təmsilçimiz hər iki məsafədə qızıl medal qazanıb və ötənilki nəticəsini (1 qızıl, 1 gümüş) yaxşılaşdırıb.

Qeyd edək ki, turnir Dünya Atletikasının Qlobal Təqviminə daxil edilib və bu yarışın nəticələri idmançıların dünya reytinq cədvəlində xal qazanması, qlobal miqyaslı tədbirlərə lisenziya qazanmaq imkanı baxımından yüksək dəyərləndirilir.

admin

Related Posts