Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Xatun Əliyeva:”Kişilərdə olan üstünlüklər qadınlarda yoxdur”

Xatun Əliyeva:”Kişilərdə olan üstünlüklər qadınlarda yoxdur”

“Kişilər bizdən güclüdür. Hər zaman kişilərin tərəfin saxlayıram. Adi qəza keçirdəndə kişi həyəcanlanmır, qadın özünü itirir. Allah kişiyə elə üstün cəhədlər verib ki, onlar qadınlarda yoxdur. Qadın kişiyə görə yaradılıb”.

Birinci 24 xəbər verir ki, bu sözləri müğənni Xatun Əliyeva “Xəbər-ətər” proqramında deyib. Sənətçi efirdə gedən müzakirə zamanı kişiləri müdafiə edib.

Sənətdən danışan Xatun hazırki mahnıların əksəriyyətini bəyənmədiyini söyləyib:

“İndiki musiqilər pis vəziyyətdədir. Bəzi mahnılar var ki, onları efirdə gündəmə gətirmək olmaz”.

Yeni klip çəkdirən ifaçı orada dünya ulduzu Beyonsun geyim tərzini təkrarladığını etiraf edib:

“Məşhur brendin sonuncu kolleksiyasıdır. Həmin geyimi moda nümayişindən sonra Beyonsa hədiyyə ediblər. Paltarım beyonsun təkrarı idi”.

admin

Related Posts