Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rəqsanədən Təranə Səmədovanın qızları ilə bağlı müraciət

Rəqsanədən Təranə Səmədovanın qızları ilə bağlı müraciət

Müğənni Rəqsanə İsmayılova qonaq olduğu verilişlərin birində hazırda həbs həyatı yaşayan prodüser Təranə Səmədovanın qızları Suel ilə Adeli himayəsinə götürmək istədiyini bildirib.

Birinci 24 xəbər verir ki, müğənni efir vasitəsilə dövlət qurumlarına və uşaqların anasına müraciət edib.

“Dövlət qurumlarına müraciət edirəm. Çox istəyirəm ki, hər iki uşaq anaları azadlığa çıxana qədər mənim himayəm altında böyüsünlər. Onları öz övladlarımdan ayırmıram”, – o qeyd edib.

Rəqsanə Təranə Səmədovanın böyük qızı Suelin 6 aydır onlarda yaşadığını deyib. “Suel altı aydır ki, evimdədir. Ali məktəbə hazırlaşır. Kiçik bacısı Adel də yanımda idi. Sadəcə, yaşı az olduğuna görə qanunlarımız icazə vermədi ki, o da yanımda qalsın.

Təranəyə efir vasitəsilə demək istəyirəm ki, hər qadının həyatında hər şey baş verə bilər. Mənim də həyatımda çox şeylər baş verib. Sona qədər sənə dəstək olaram. Baxmayaraq ki, sən mənə qarşı çox səhvlər etmisən. Səninlə üz-üzə gəlməyəcəyik, amma sən mənim övladlarına etdiyim bu yaxşılığa görə dua edəcəksən”, – o bildirib.

Xatırladaq ki, prodüser Təranə Səmədova Cinayət Məcəlləsinin 182-ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə ittiham olunaraq həbs edilib.

admin

Related Posts