Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bəxtiyar Hacıyevə qarşı əlavə ittihamlar

Bəxtiyar Hacıyevə qarşı əlavə ittihamlar

Həbsdə olan ictimai fəal Bəxtiyar Hacıyevə qarşı əlavə ittihamlar irəli sürülüb.

Birinci 24 “Qafqazinfo”ya istinadən xəbər verir ki, həmin ittihamlar Cinayət Məcəlləsinin 192-ci (qanunsuz sahibkarlıq), 193-1-ci (cinayət yolu ilə əldə edilmiş pul vəsaitlərini və ya digər əmlakı leqallaşdırma) və 206-cı (qaçaqmalçılıq) maddələrindən ibarətdir.

Qeyd edək ki, B.Hacıyev ötən ilin dekabrın 9-da həbs edilib. O, ilk olaraq CM-in 221.2.2 (ictimai qaydanın qorunması üzrə vəzifəni yerinə yetirən və ya ictimai qaydanın pozulmasının qarşısını alan hakimiyyət nümayəndəsinə və ya digər şəxsə müqavimət göstərməklə xuliqanlıq) və 289.1-ci maddələri ilə ( məhkəmə baxışı iştirakçılarını təhqir etməklə məhkəməyə hörmətsizlik etmə) ittiham olunub.

İctimai fəalın həbs müddəti iyunun 28-dək uzadılıb.

Editor

Related Posts