Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkim-radioloqu Əkbər Mehdiyev Azərbaycan Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülüb

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin həkim-radioloqu Əkbər Mehdiyev Azərbaycan Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülüb

Prezident İlham Əliyevin iyunun 16-da Azərbaycan Respublikasının səhiyyə işçilərinin təltif edilməsi haqqında Sərəncamına əsasən Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin Radiologiya şöbəsinin müdiri Əkbər İsmayıl oğlu Mehdiyev Azərbaycan Respublikasında səhiyyə sahəsində xüsusi xidmətlərinə və yüksək peşəkarlığına görə Azərbaycan Respublikasının “Əməkdar həkim”i fəxri adına layiq görülüb.

Naxçıvan Muxtar Respublikası Onkoloji Mərkəzin Radiologiya şöbəsinin müdiri Əkbər İsmayıl oğlu Mehdiyev 15 iyun 1948-ci ildə Babək rayon Məmmədrza Dizə kəndində anadan olub. O, 1966-ildə Naxçıvan şəhər 32 nömrəli peşə məktəbini bitirib, 1967-ci ildə Nəriman Nərimanov adına Azərbaycan Dövlət Tibb Universitetinə qəbul olub, 1973-cü ildə həmin universiteti bitirərək Naxçıvan Muxtar Respublikası Gigiyena və Epidemiologiya Mərkəzində həkim kimi fəaliyyətimə başlayıb. Rusiyanın Stavropol şəhərində Xüsusi Təhlükəli İnfeksion xəstəlikləri üzrə kurs keçib. 1974-cü ildə Azərbaycan Elmlər Akademiyasının Fiziologiya İnstitutunun Radio Biologiya Bölməsinə kiçik elmi işçi olaraq qəbul olunub.

Əkbər Mehdiyev 1986-cı ildən Naxçıvan Onkoloji Mərkəzdə həkim kimi fəaliyyət göstərir və hazırda Radiologiya Şöbəsinin müdiri vəzifəsində fəaliyyətini davam etdirir.

admin

Related Posts