Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Leyla Əliyeva:”Ağ gəlinlik qızların faciəsinin başlanğıcı olur”

Leyla Əliyeva:”Ağ gəlinlik qızların faciəsinin başlanğıcı olur”

“Övlad bizim şəxsi əşyamız və ya mülkümüz deyil. Valideyn statusu biz övlada təhsil vermək, sağlam və xoşbəxt böyüməsinə şərait yaratmaq, onu heç kimdən asılı etməyəcək həyat səviyyəsinə yaxınlaşdırmaq kimi öhdəliklərə məsul edir”.

Birinci 24 bildrir ki, bu sözləri aparıcı Leyla Əliyeva sosial şəbəkə hesabında paylaşdığı videomüraciətdə bildirib.

Televiziya ulduzu, qızların həddi-buluğa çatmadan tez ərə verməsinə qarşı çıxıb:

“Bütün bunları edərkən valideyn heç bir şəkildə təmənna güdmür və güdməməlidir. “Sənin üçün gecələr yatmadım”, “Sənin üçün nə qədər pul xərclədim”, “Sənə görə özümü ikinci plana keçirdim” kimi fikirlərə köklənib “Öl desəm, öləcəksən, qal desəm, qalacaqsan” xülyasına düşməyək. Onların seçim etmək hüququ var.

Biz onları istiqamətləndirmək üçünük. Onların nə uşaqlığını, nə də gəncliyini əllərindən ala bilərik. Qızları yetkinlik yaşına çatmamış ərə verib, onları təhsildən, özünüdərkdən məhrum etməyin. Onların hələ formalaşmamış orqanizmini faciəvi sonluğa düçar etməyin. 14-15 yaşında qız uşaqdır. O, təhsil almalıdır, inkişaf etməlidir, özünü qorumalıdır”.

admin

Related Posts