Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Un ucuzlaşır, çörəyin qiyməti isə yerində sayır… – Səbəb nədir?

Un ucuzlaşır, çörəyin qiyməti isə yerində sayır… – Səbəb nədir?

“Unun ucuzlaşmasına baxmayaraq, çörəyin qiymətinin yerində sayması rəqabət mühitinin olmamasından qaynaqlanır”.

Bunu açıqlamasında “Liberal İqtisadçılar” Mərkəzinin sədri Akif Nəsirli son zamanlar unun qiymətində baş verən ucuzlaşmanın çörəyin qiymətinə təsir göstərməməsinin səbəblərindən danışarkən deyib.

“Unun qiyməti bir il müddətində 42-43 manatdan 25-26 manata düşüb. Dünya bazarında buğdanın da qiyməti 40-45 faiz ucuzlaşıb. Hazırda Rusiyadan gətirdiyimiz ərzaq buğdasının bir tonu 200 dollardan (340 manat) da aşağıdır. Bir ton buğdadan 800 kq un alınır. Yerdə qalan 200 kq-dan isə kəpək əldə olunur. Hər ikisini nəzərə alanda unun kilosu 18-19 qəpiyə düşür. Bir kilo undan isə iki ədəd zavod çörəyi alınır. Çörəyin qiyməti isə ən yaxşı halda 60 qəpikdir. Yəni maya dəyərindən 3 dəfə baha satılır. Yaranmış bu vəziyyət rəqabət mühitinin olmamasından qaynaqlanır. Çörək bişirənlər bir-birilə sindiqat razılaşmaya gedərək, ümumi qiymət formalaşdırırlar. Yəni unun ucuzlaşmasına rəğmən çörəyin qiymətinin aşağı düşməməsinin yeganə səbəbi həmin sahədə rəqabət mühitinin olmamasıdır”.

Qeyd edək ki, iyunun 1-dən sonra Azərbaycanda unun qiyməti 14%-ə yaxın ucuzlaşıb. Sonuncu məlumata görə, topdansatış mərkəzlərində 50 kiloqramlıq un kisəsinin qiyməti 27,2-29 manat arasında dəyişir.

50 kiloqramlıq un kisəsini ən ucuz qiymətə – 27,2 manata “Dəvəçi-Taxıl” MMC, ən baha qiymətə – 29,2 manata “Neon” Firması satır.

Halbuki iyunun əvvəlində “Dəvəçi-Taxıl” MMC 50 kiloqramlıq un kisəsini 31,5 manata, “Neon” Firması isə 32,9 manata satırdı

Məlumat üçün qeyd edək ki, ilin əvvəlindən bu yana Azərbaycanda unun qiyməti təxminən 26%-dən və ya 10 manatdan çox ucuzlaşıb. Belə ki, ötən ilin dekabr ayının sonlarında Azərbaycanda 50 kiloqramlıq unun kisəsi 38-39 manata satılıb. 

Editor

Related Posts