Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Göz, nəzər var. Ona görə qorxuram” – Sevda Yahyayeva

“Göz, nəzər var. Ona görə qorxuram” – Sevda Yahyayeva

“Hələ Ayla balacadır. Bir az böyüsün, onu da özümüzlə gətirəcəyik”.

Birinci 24 bildirir ki, bu sözləri “MTV Xəbər”ə müğənnİ Sevda Yahyayeva deyib. O, övladının üzünü göstərməmə səbəbindən danışıb:

“Göz, nəzər var. Ona görə qorxuram, özüm üçün yox. Fikirləşirəm ki, balacaya göz dəyər. Bir yaşı olsun, məni sevənlərlə onu tanış edəcəyəm”.

Sevda həmçinin həyat yoldaşı Zakir Bayramovun ona sənətdə göstərdiyi dəstəkdən söz açıb:

“Evdə də dəstək var. Əksinə məcbur edir ki, işlə, yeni mahnılar axtar. Hər bir işi ailəmlə məsləhət edib, sonra qərarı özüm verirəm. Mənfi rəylərə fikir vermirəm, təhqirləri qəbul etmirəm, tənqid ola bilər. Hamı məni bəyənmək məcburiyyətində deyil. Eynilə mən də”.

admin

Related Posts