Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Mina hamını aldadıbmış… – FOTO

Mina hamını aldadıbmış… – FOTO

Müğənni Mina Hüseyn bir müddət əvvəl instaqramda paylaşdığı şəxs barədə danışıb.

Birinci 24 xəbər verir ki, ifaçı bu barədə “Şou xəbər” proqramında məlumat verib. Mina deyib ki, İstanbulda şəkil çəkdirdiyi bəyi PR üçün istifadə edib:

“O da bir PR-dır. Üzünü gizlətmək insanlara maraqlı gəlir. Yazırlar ki, görəsən, bu bəy kimdir. Ona görə bir bilsəniz, mənə nə qədər insan zəng vurub. Deyirdilər ki, bu bəy filankəsin sevgilisinə, ərinə oxşayır. Yox, qətiyyən. Mən elə işlərlə məşğul deyiləm. O bəy xalis subaydır. Hətta dedilər ki, həmin şəkli göndər ona baxaq. O oğlan da subaydır, mən də subayam. Hər şey yaxşıdır və heç kim heç kimin sevgilisi deyil. Ailə həyatı qurmuram və buna hazır da deyiləm”.

Qeyd edək ki, həyat yoldaşın ayrılan Mina qısa müddət sonra üzünü gizlətdiyi bəylə instaqramda şəklini paylaşmış, “həyatıma xoş gəldin” şərhini yazmışdı.

admin

Related Posts