Bu gün axşam saat 20:00 radələrində Daşkəsənə güclü leysan yağışları yağıb.
Rayonun Təzəkənd sakini, 2000-ci il təvəllüdlü Orucov Elgün Məhərrəm oğlunu Əyri çaydan keçən sel aparıb.
Ərazi mülki müdafiə qüvvələri onun cansız bədənini Qabaqtəpə kəndinin ərazisindən taparaq ailəsinə təhvil veriblər.
Hazırda rayon ərazisində qeyri-sabit hava şəraiti davam edir.


