Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Emin Ağalarov Bakıda daha bir 8 mərtəbəli bina tikir

Emin Ağalarov Bakıda daha bir 8 mərtəbəli bina tikir

Dövlət Şəhərsalma və Arxitektura Komitəsi yanında Bakı Şəhər Memarlıq və Şəhərsalma Baş İdarəsi “Nardaran İnvest” Məhdud Məsuliyyətli Cəmiyyətinə (MMC) Bakı şəhəri, Sabunçu rayonu, Nardaran qəsəbəsinin şimal hissəsi, “Sea Breeze” istirahət zonasının ərazisində yaşayış binasının tikintisinə icazə verib.

Birinci 24 açıqlanan rəsmi məlumatlara istinadən bildirir ki, ümumi sahəsi 13 min 365,86 kv. metr olacaq bina 8 mərtəbəli olacaq. Binada ümumilikdə 112 otaq olacaq.

Məlumat üçün bildirək ki, “Sea Breeze” istirahət zonasının ərazisində daha əvvəl də bir neçə 8 mərtəbəli yaşayış binası inşa olunub.

Qeyd edək ki, “Sea Breeze” yaşayış və istirahət kompleksi Azərbaycanın Xalq artisti Emin Ağalarova məxsusdur. Bu kompleksə villalar, mənzillər, otellər, həmçinin istirahət və əyləncə obyektləri daxildir.

Editor

Related Posts