Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvanda ilk müstəqil teatr fəaliyyətə başlayıb

Naxçıvanda ilk müstəqil teatr fəaliyyətə başlayıb

Birinci 24 xəbər verir ki, Naxçıvanda “Yeni era” adlı müstəqil uşaq və gənclər teatrı yaradılıb. Naxçıvan Dövlət Milli Dram Teatrının aktyoru Səyyad Məmmədovun təşəbbüsü ilə yaradılan yeni teatr uşaq və yeniyetmələr üçün rəngarəng tamaşalar hazırlamaqla onların zövq və dünyagörüşünü daha da zənginləşdirmək, yeni teatr forma və metodlarını tətbiq etmək missiyasını öz üzərinə götürüb. Yeni kollektivin tərkibində aktyor truppası, rejissor və rəssamlardan ibarət heyət də formalaşdırılıb.

Teatrın kollektivi interaktiv uşaq tamaşaları, şou-tamaşalar və monotamaşalardan ibarət repertuar planı da qurub. Daha çox xalq nağılları və uşaqların sevdiyi çizgi filmlərinin səhnəyə gətirilməsi nəzərdə tutulur.

Artıq bir neçə səhnə həllini təqdim edən heyət bu günlərdə uşaqlar üçün “Animation Show” tamaşasını, böyüklər üçün Əli Əmirlinin “Bala başa bəla” ikihissəli epotaj kamediyasını təqdim edib. Uşaqlarla yanaşı, onların valideynlərinin də marağına səbəb olan “Animation Show” tamaşasını ümumilikdə 700-dən artıq teatrsevər izləyib.

admin

Related Posts