Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Azərbaycanda güclü zəlzələ: Bakıda hiss olundu – Yenilənib

Azərbaycanda güclü zəlzələ: Bakıda hiss olundu – Yenilənib

İyulun 4-də Xəzər dənizinin Azərbaycan sahillərində 5,7 maqnitudalı zəlzələ baş verib.

Birinci 24 xəbər verir ki, bu barədə Seysmoloji Xidmət Mərkəzi məlumat yayıb.

Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinin məlumatına görə, zəlzələ yerli vaxtla saat 00:01-də qeydə alınıb.

Məlumata əsasən, yeraltı təkanların episentri Xaçmaz rayonundan 80 kilometr şimal-şərqdə, ocağı isə 20 kilometr dərinlikdə yerləşib.

Qeyd edilib ki, zəlzələ Quba, Xaçmaz, Siyəzən, Sumqayıt və Bakı şəhərlərində, eləcə də Abşeron yarımadasının ətraf əraziərində 5-4 bala qədər hiss olunub.

***00:09

Azərbaycanda güclü zəlzələ baş verib.

Birinci 24 xəbər verir ki, yeraltı təkan Bakı və Abşeron yarımadasında hiss olunub.

Zəlzələnin 5,5 bal gücündə olduğu bildirilir.

Editor

Related Posts