Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nazim Bəydəmirliyə 4 ay həbs verildi

Nazim Bəydəmirliyə 4 ay həbs verildi

Ötən gün saxlanılan keçmiş deputat Nazim Bəydəmirli barəsində həbs qətimkan tədbirinin seçilməsi ilə bağlı təqdimata baxılıb.

Birinci 24 “Qafqazinfo”ya istinadən xəbər verir ki, Nərimanov Rayon Məhkəməsində keçirilən iclasda istintaq orqanının təqdimatı əsaslı hesab edilib.

Qərara əsasən N. Bəydəmirli barəsində 4 aylıq həbs qətimkan tədbiri seçilib.

Qeyd edək ki, keçmiş deputat Cinayət Məcəlləsinin 182.2.2ci (hədə-qorxu ilə tələb etmə) maddəsi ilə təqsirləndirilən şəxs qismində cəlb edilib.

Rəsmi məlumatda deyilib ki, Nazim Bəydəmirli vətəndaş müraciəti əsasında saxlanılıb. Vətəndaş polisə müraciət edərək N.Bəydəmirlinin onu rüsvayedici görüntülərlə hədələyərək, 50 min manat pul tələb etdiyini deyib. O, bu ilin il iyunun 24-də N.Bəydəmirliyə 10 min manat versə də, sonuncu qalan məbləği vermədiyinə görə şikayətçini ailəsi ilə şantaj edərək rüsvayedici görüntüləri yayacağını bildirib.

Editor

Related Posts