Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Muxtar respublikada informasiya və rabitə xidmətərinin dəyəri 3 faiz, təsərrüfat subyektlərinə verilən kreditlər isə 31 faiz artıb

2022-ci ilin yanvar-avqust aylarında informasiya və rabitə xidmətlərinin dəyəri 40 milyon 968 min 900 manat olub ki, bu da 2021-ci ilin müvafiq dövründəki xidmətlərin dəyəri ilə müqayisədə 3 faiz çoxdur.

Bu dövr ərzində mobil rabitə xidmətlərinin dəyəri 30 milyon 266 min 600 manat təşkil edib və bir il öncəyə nisbətdə 1,7 faiz artıb.

Məlumatda qeyd olunur ki, həmçinin təsərrüfat subyektlərinin kredit resurslarına çıxış imkanları da davamlı olaraq yaxşılaşdırılıb. 2022-ci ilin yanvar-avqust aylarında muxtar respublikanın bank və kredit təşkilatları tərəfindən hüquqi və fiziki şəxslərə 191 milyon 355 min 700 manat məbləğində kreditlər verilib ki, bu da bir il öncəki göstəricidən 31 faiz çoxdur. Verilmiş kreditlərin 16 milyon 84 min 200 manatı və yaxud 8,4 faizi qısamüddətli, 175 milyon 271 min 500 manatı və yaxud 91,6 faizi uzunmüddətli kreditlər olub.

admin

Related Posts