Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda maşın mağazaya çırpıldı: Xəsarət alan var

Bakıda maşın mağazaya çırpıldı: Xəsarət alan var

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi baş verib.

Birinci 24 xəbər verir ki, hadisə Abbas Mirzə Şərifzadə küçəsində qeydə alınıb.

Belə ki, “Opel” markalı nəqliyyat vasitəsi idarəetməni itirərək avtomobil ehtiyat hissələrinin satışı mağazasına çırpılıb. Nəticədə avtomobil deformasiyaya uğrayıb, sürücü xəsarət alıb.

Mağaza sahibi ona 20 min manat zərər dəydiyini bildirib.

Yol-nəqliyyat hadisəsinin dəqiq baş vermə səbəbləri mağazanın müşahidə kamerasına baxıldıqdan sonra bilinəcək.
Əraziyə Yasamal Rayon Polis İdarəsinin əməkdaşları cəlb edilib.

Fakt araşdırılır.

admin

Related Posts