Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Naxçıvan Dövlət Universitetində elmi müşavirə keçirilib

Naxçıvan Dövlət Universitetində elmi müşavirə keçirilib

Birinci 24 xəbər verir ki, Naxçıvan Dövlət Universitetində elmi müşavirə keçirilib.

Elmi müşavirədə çıxış edən universitetin rektoru Elbrus İsayev qeyd edib ki, universitetdə mövcud olan maddi-texniki baza, müasir tədris avadanlıqları, tədqiqatların aparılması üçün qurulan laboratoriyaların təşkili kollektivə imkan yaradır ki, onlar elmi fəaliyyətlə daha ciddi məşğul olaraq öz elmi nailiyyətləri ilə beynəlxalq elmi bazalarda tanınan, istinad edilən müəlliflərdən olsunlar. Buna görə də universitetin beynəlxalq reytinq cədvəllərində öz layiqli yerini tutması üçün nüfuzlu jurnallarda, beynəlxalq elmi indeks bazalarında nəşrlərin olması ən ümdə vəzifələrdəndir.

Vurğulanıb ki, bu il Naxçıvan Dövlət Universiteti Böyük Britaniyanın “Times Higher Education Impact Rankings 2023” reytinq cədvəlində dünyanın ən yaxşı universitetləri siyahısında yer alıb. Rektor universitetin beynəlxalq əlaqələrinin yüksək inkişafından da danışaraq vurğulayıb ki, bu il İT sahəsi üzrə nəhəng şirkət olan IBM və “Robotex Türkiyə” ilə əldə olunan əməkdaşlıq nəticəsində universitetin texnologiya həllərinə çıxış imkanlarının artırılmasına, innovasiya yönümlü layihələrin dəstəklənməsinə və inkişaf etdirilməsinə, strateji problemlərə uyğunlaşdırılmış ixtisaslı kadrların yetişdirilməsinə töhfə verəcək. Bütün bunlar isə ali təhsil ocağında elmtutumlu layihələrin sayını artıracaq.

Bildirilib ki, Naxçıvan Muxtar Respublikasının 2023-2027-ci illər ərzində təsdiq olunan sosial-iqtisadi inkişafı üzrə Dövlət proqramında universitetin nəzdində ingilisdilli orta məktəbin yaradılması layihəsinin icra olunması nəzərdə tutulub. Dövlət proqramının səmərəli icrası nəticəsində bütün uğurlarla yanaşı, eyni zamanda ali təhsil müəssisəsi ilə digər ölkələrin ali məktəbləri arasında əməkdaşlıqların güclənməsi, birgə proqramların təşkil olunması, həmçinin universitetlərdə yeni məzmunlu proqramların tətbiqi üzrə layihələrin həyata keçirilməsi də mümkün olacaq.

Rektor çıxışında qarşıya qoyulmuş vəzifələrin icrası istiqamətində görüləcək işləri diqqətə çatdırıb.

Müşavirədə Elm və İnnovasiyalar üzrə prorektor Elsevər Əsədov çıxış edərək NDU-nun elmi fəaliyyət strategiyası barədə məlumat verib, əmək bazarının tələblərinə uyğun yüksəkixtisaslı və rəqabətqabiliyyətli kadrların hazırlanmasının vacibliyini vurğulayıb.

Elm və İnnovasiyalar bölməsinin müdiri Elnarə Allahverdiyeva “Times Higher Education Impact Rankings” reytinq cədvəli barədə geniş məlumat verib.

Müşavirənin sonunda Web of Science, Scopus indeks bazalarında məqalə nəşr etdirən və məqalələrinə istinad sayı çox olan müəlliflərə plaket, beynəlxalq elmi bazalarda məqalə nəşr etdirən digər müəllimlərə isə diplomlar təqdim edilib.

admin

Related Posts