Today Çərşənbə axşamı, 15th Oktyabr 2024
Birinci 24

Birinci 24

Röya:”İstanbulda iş gördüm amma Bakıda qiymətimi qaldırdım”

Röya:”İstanbulda iş gördüm amma Bakıda qiymətimi qaldırdım”

Xalq artisti Röya Ayxan növbəti açıqlaması ilə gündəmə gəlib.

Birinci 24 xəbər verir ki,sənətçi qonaq olduğu “Bizimləsən” ictimai-sosial verilişində deyib.

Röya asan pul axtarışında olanlardan söz açıb. Müğənni bildirib ki, Türkiyədə iş görərək Bakıda səhnə qonorarını qaldırmağa nail olub:

“Evdə uzanıb baxır, deyir ki, avtomobili, evi var, bəxtəvər bu pulu qazanırsan bizə də, camaata da ver də. Niyə verməliyəm?! O pulu özüm qazanıram. Ətrafımda böyük çevrəm var. Mən sizə niyə etməliyəm? Sən yerində uzanıb pulumu saymaqdansa, sən özün üçün bir şey elə.

Belə insanlardan bütün xalqlarda var. Hansı ölkəyə getsən eləsi var. Birini günahkar tapıb deyəcək ki, bu belədir. Xeyr! Əgər sən bacarıqlısansa xaricdə yox elə öz Vətənində də bacarıqlı ola bilərsən. Əgər sən hansısa ölkəyə getmisənsə elə et ki burada da adın ucalsın.

İstanbulda iş gördüm, amma Bakıda qiymətimi qaldırdım. Demək ki, öz üzərimdə doğru siyasət aparıram”.

admin

Related Posts