Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Rusiya Azərbaycan pomidorlarını və çiyələyini ölkəyə buraxmayıb

Rusiya Azərbaycan pomidorlarını və çiyələyini ölkəyə buraxmayıb

“Rosselxoznadzor”un Dağıstan Respublikası üzrə Departamenti Azərbaycandan 61,2 ton bitki mənşəli məhsulun idxalına qadağa qoyub.

Ümumi çəkisi 47,2 ton olan 3 partiya təzə pomidor və çəkisi 14 ton olan 1 partiya təzə çiyələk saxlanılıb.

“Mallar sonrakı satış üçün Rusiya Federasiyasına göndərilib. Yük maşınları idxalçı ölkəyə qaytarılıb”, – “Rosselxoznadzor” qeyd edir.

Məhsulların geri qaytarılmasına səbəb sənədli yoxlamalar zamanı fitosanitar sertifikatlarına təsdiqlənməmiş düzəlişlərin edilməsi, etiketləmə məlumatları ilə fitosanitar sertifikatları arasında uyğunsuzluqların aşkarlanması olub.

Editor

Related Posts