Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Ölkənin bəzi rayonlarında qaz kəsiləcək

Ölkənin bəzi rayonlarında qaz kəsiləcək

“Pirəkəşkül” QPS-də istismara yararsız qaztənzimləyicinin yenisi ilə əvəz olunması, “İsmayıllı” ölçü qovşağından qidalanan orta təzyiqli qaz xəttində və “Talıstan” ölçü qovşağından qidalanan qaz xəttində təmir işlərinin aparılması, həmçinin “Qaz İxrac” İdarəsi tərəfindən “Gəncə” və “Samux” QPS-lər arası 720 mm-lik qaz kəmərində kompensatorun quraşdırılması ilə əlaqədar avqustun 23-ü saat 09:00-dan qaz təchizatı dayandırılacaq. 

“Azəriqaz” İstehsalat Birliyindən Bizim.Media-ya bildirilib ki, təmir işləri görülən müddətdə Abşeron rayonu üzrə Qaçqınlar şəhərciyinin, Müşfiqabad və 28 May qəsəbələrinin, Çaylı-Qobustan yaşayış massivinin, İsmayıllı rayonunun və Gəncə şəhərinin tam olaraq, Samux rayonunun isə bir hissəsinin qaz təchizatında müvəqqəti fasilə yaranacaq. 

Editor

Related Posts