Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Kürdəmirdə avtomobillər toqquşub, xəsarət alanlar var

Kürdəmirdə avtomobillər toqquşub, xəsarət alanlar var

Kürdəmir rayonunda avtomobillər toqquşub, xəsarət alanlar var.

Hadisə rayonun Çöhranlı kəndi ərazisində qeydə alınıb.

Belə ki, hərəkətdə olan iki “VAZ-2107” markalı avtomobilin toqquşması nəticəsində nəqliyyat vasitələrindən birinin sürücüsü, Çöhranlı kənd sakini, 1951-ci il təvəllüdlü Hacıyev Alim Ağaveyis oğlu, onun həmyerliləri – 20 yaşlı Rəcəbova Rəşidə Rayiq qızı və 18 yaşlı Rəcəbov Süleyman Ramiq oğlu müxtəlif dərəcəli ağır bədən xəsarətləri alıblar.

Yaralılar dərhal təcili tibbi yardım maşınının köməyi ilə Kürdəmir Rayon Mərkəzi xəstəxanasına aparılıb və həkim nəzarətinə götürülüblər.

Faktla bağlı araşdırma aparılır.

Editor

Related Posts