Bakıya məktəbli geyimi almağa gələn növbəti ailə faciəsi – Rayonlarda forma satılmır? 

Bakıya məktəbli geyimi almağa gələn növbəti ailə faciəsi – Rayonlarda forma satılmır? 

Bir neçə gün əvvəl Siyəzəndən Bakıya məktəb forması almaq üçün gələn ailə qəzaya düşüb. Belə ki, Siyəzən rayonunda baş verən yol-nəqliyyat hadisəsində yaralananların sayı yeddiyə çatıb. İki nəfər – ata və uşağı isə dünyasını dəyişib. 

Bundan əvvəl isə avqustun 19-da Şəkidən Bakıya məktəbli fotması almağa gələn ailə qəzaya düşmüş, ata ilə üç övladı dünyasını dəyişmişdi. 

Məgər, rayonlarda məktəbli geyimi yoxdur?

Məsələ ilə bağlı Bakı Tikiş Evinin satış müdiri Etibar Əzimov bölgü ilə Bakı Tikiş Evinə düşən rayonların adlarını sadalayıb:

“Bizə düşən Yardımlı, Lerik, Astara, lənkəran, Masallı, Cəlilabad, Şirvan, Qax, Qəbələ və İsmayıllıdır. Biz məktəb fomalarını sadaladığım rayonların  satış mərkəzlərində satırıq”. 

Göründüyü kimi, Bakı Tikiş Evinin nə Siyəzəndə, nə də Şəkidə satış mərkəzləri var. Yəni satış mərkəzləri bütün regionları ehtiva etmir. Belə olduqda məcburiyyət qarşısında qalan valideynlər məktəbli foması almaq üçün ya qonşu rayona, ya da paytaxta üz tutmalı olurlar. 

Əlavə olaraq onu da bildirək ki, Azərbaycanda məktəbli forması istehsal edən – 5 fabrik fəaliyyət göstərir. 

Editor

Related Posts