Azərbaycanda, Xəzər dənizində suiti üzən adamlara hücum edib.
Bu barədə sosial şəbəkələrdə kadrlar yayılıb.
Üzərinə hücum çəkilən şəxs suitini əli ilə vurub.
Qeyd edək ki, Zoologiya İnstitutundan Xəzər dənizində suitinin insanlara “hücumu” barədə yayılan görüntülərə münasibət bildirilib ki, suitilər özlərini qorumaq üçün aqressiv olurlar.
“Suitilər özlərini qorumaq üçün insanlara qarşı aqressiv olurlar. Suitilərdə quduzluq xəstəliyinə rast gəlinmir”, – onlar qeyd edib.