Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Bakıda keçmiş arvadının maşınını qaçıran şəxs telefon mağazasına çırpılıb – Video

Bakıda keçmiş arvadının maşınını qaçıran şəxs telefon mağazasına çırpılıb – Video

Bakının Nəsimi rayonunda yol-nəqliyyatı hadisəsi baş verib.

Birinci 24 xəbər verir ki, hadisə Hüseynbala Əliyev küçəsi, 5 ünvanında baş verib.

Belə ki, Guşbər Feyziyeva metronun “Memar Əcəmi” stansiyasının yaxınlığında keçmiş həyat yoldaşı Ceyhunla mübahisə edib.

Mübahisə zamanı Ceyhun Guşbərə məxsus “Hyundai” markalı avtomobilə əyləşərək onu qaçırmaq istəyib.

Ceyhunun idarəetməsindən çıxan avtomobil yaxınlıqdakı zirzəmidə yerləşən mobil aksesuarlar dükanına düşüb.

Hadisəni törədən şəxs ərazidən qaçaraq uzaqlaşıb.
Qadın polisə müraciət edib.

Əraziyə yanacaq dağıldığına görə FHN-in DYMX-nin əməkdaşları, o cümlədən polislər cəlb ediliblər.

Zərərçəkən dükan sahibi mağazaya təxminən 10 min manat ziyan dəydiyini bildirib.

Editor

Related Posts