Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sumqayıtda sahibsiz it problemi: “Vaksindən sonra daha çox hücum edirlər”

Sumqayıtda sahibsiz it problemi: “Vaksindən sonra daha çox hücum edirlər”

Sumqayıt şəhər sakinləri sahibsiz itlərə görə təhlükə içərisində olduqlarını iddia edirlər.

Bununla bağlı şikayət ünvanlayan sakinlər Sumqayıt şəhəri, 13-cü mikrorayon, 1 və 2 saylı binaların həyətinə toplaşan sahibsiz itlərə görə sərbəst şəkildə hərəkət edə bilmədiklərini qeyd ediblər:

“Binaların həyətində ən azından 20-yə yaxın sahibsiz it var. Ən böyük çətinliyimiz budur ki, azyaşlılar itlərin hücumundan qorxaraq sərbəst şəkildə bağçaya, məktəbə gedə bilmir, həyətdə oynamağa düşmürlər. Dəfələrlə uşaqlar və qocalar itlərin hücumuna məruz qalıblar. Məktəblərin açılmasına çox az bir zaman qalıb. Hər birimiz indidən narahatıq”.

Sakinlər aidiyyəti qurumlara müraciətlərinin cavabsız qaldığını dilə gətiriblər:

“Dəfələrlə aidiyyəti qurumlara müraciət etsək də, məsələyə baxmırlar. Bir müddət vaksin adı altında itləri apardılar. Lakin sonradan yenə sayları artdı. Hətta vaksinasiyadan sonra daha çox insanlara hücum etməyə başladılar”.

Editor

Related Posts