Birinci 24 xəbər verir ki, bunu Naxçıvan Şəhər İcra Hakimiyyətində mədənçilik və enerji sektorunda çalışan türkiyəli sahibkarlarla keçirilən görüşdə Naxçıvan Muxtar Respublikası ekologiya və təbii sərvətlər nazirinin müavini, nazir vəzifələrini icra edən Xanlar Mustafayev muxtar respublikanın mədən ehtiyatları haqqında məlumat verərkən bildirib.
Qeyd olunub ki, Naxçıvan zəngin təbii ehtiyatlara malikdir. Bunlardan filiz və qeyri-filiz yataqları investisiyalar üçün cəlbedicidir. Ümumilikdə, 66 yataqdan 11-nin filiz, 55-nin isə qeyri-filiz yataqları olduğunu bildirən Xanlar Mustafayev bu yataqların 30-nun texniki qiymətləndirilməsinin tamamlandığını bildirib.