Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

52-ci yaşını həbsdə qeyd edən və dünyaya səs salan Qubad İbadoğlu…

52-ci yaşını həbsdə qeyd edən və dünyaya səs salan Qubad İbadoğlu…

Sentyabrın 12-də həbsdə olan müxalifətçi və iqtisadçı Qubad İbadoğlunun 52 yaşı tamam olur. Həmin gün dünyanın müxtəlif ölkələrində onun hüquqlarını müdafiə aksiyaları keçiriləcək. Bu barədə onun qardaşı Qalib Bayramov bildirib.

Onun sözlərinə görə, nümayişlər “52 şəhər – 52 aksiya” şüarı altında keçiriləcək.

İlk aksiya artıq Şərqi Timorun paytaxtı Dili şəhərində keçirilib, burada artıq sentyabrın 12-dir. Çərşənbə günü ABŞ, Almaniya, Belçika, Fransa, Türkiyə, Polşa, Böyük Britaniya, Macarıstan, Danimarka, Norveç, Niderland, Gürcüstan, İsveç və digər ölkələrin müxtəlif şəhərlərində aksiyalar keçiriləcək.

Aksiyalarda hüquq müdafiə təşkilatlarının nümayəndələri, ictimai xadimlər, jurnalistlər iştirak edəcəklər.

Bu arada “Publish What You Pay” (PWYP) 50 gün əvvəl saxlanılan azərbaycanlı iqtisadçı, eyni zamanda, PWYP Azərbaycan koalisiyasının üzvü Qubad İbadoğlunun dərhal azadlığa buraxılmasına çağırıb.

“Biz onun dərhal azad edilməsini tələb edirik. Azərbaycanla əlaqəsi olan şirkətləri və beynəlxalq qurumları Qubad İbadoğluna qarşı humanist davranmaq və dərhal azad etmək üçün öz təsir rıçaqlarından istifadə etməyə çağırırıq”, – bəyanatda deyilir.

PWYP dünyanın hər yerindən olan həmkarlarını, üzvlərini və tərəfdaşlarını Qubad İbadoğlunun işi ilə bağlı həmrəylik nümayişinə çağırıb.

Onlara hazırladıqları bu bəyanatı imzalamaqla Qubad İbadoğlunun azad edilməsi üçün Azərbaycan hökumətinə təzyiqləri artırmağa çağırıb:

“İmza formamız sentyabrın 25-dək doldurulmalıdır və sonra Azərbaycanın səlahiyyətli orqanlarına, bu ölkədə fəaliyyət göstərən beynəlxalq maliyyə institutlarına, şirkətlərə göndəriləcək”.

Editor

Related Posts