Today Şənbə, 12th Oktyabr 2024
Birinci 24

Birinci 24

Təcrübəli onkoloq-mammoloq Naxçıvanda müayinələr aparıb

Son illər süd vəzi xərçəngindən əziyyət çəkənlərin sayı durmadan artır. Alimlər hesab edirlər ki, süd vəzi xərçəngindən sonra tamamilə sağlam və normal həyata dönmək mümkündür. Belə xəstəliklərin vaxtında aşkarlanması və müalicəsi üçün muxtar respublikamızda da lazımi işlər görülür, təcrübəli həkimlər səhiyyə ocaqlarına dəvət olunur.

Naxçıvanda olan tibb üzrə fəlsəfə doktoru, cərrah, onkoloq-mammoloq Günay Əhmədova iki günlük səfəri çərçivəsində süd vəzi xərçənginə qarşı müayinə işi aparıb, 70-dən artıq pasiyentə tibbi xidmət göstərib.

Məqsəd bu ağır xəstəliyi vaxtında aşkarlayaraq qadınları uğurlu müalicəyə yönəltmək, həm də xərçəngönü xəstəlikləri bioloji tənzimləyici terapiyanın köməyi ilə müalicə etməkdir. Belə olduğu halda gələcəkdə xərçəng xəstəliyinin əmələ gəlməsi riski minimuma düşür.

admin

Related Posts