Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Tehran prokuroru səfirliyimizə hücum edən şəxsə ən ağır cəzanı tələb edib

Tehran prokuroru səfirliyimizə hücum edən şəxsə ən ağır cəzanı tələb edib

Azərbaycanın İrandakı səfirliyinə silahlı hücum edən şəxsə ən ağır cəzanın verilməsi tələb olunub.

Birinci 24 İRNA-ya istinadla xəbər verir ki, Tehranın prokuroru Əli Salihi belə deyib.

“Tehran Cinayət Prokurorluğunda məhkəmə istintaqı başa çatdıqdan sonra bu iş üzrə təqsirləndirilən şəxs səfirlik daxilində odlu silahdan istifadə etməklə Azərbaycan vətəndaşını qəsdən öldürmə, qanunsuz silah əldə etmə, gəzdirmə və saxlama ittihamı ilə ağır cinayətdə ittiham olunub. Digər ittihamlarla, o cümlədən Azərbaycan Respublikasının vətəndaşı olan 3 səfirlik əməkdaşına qəsdən xəsarət yetirmə ilə bağlı iş sənədləri şikayətçi tərəfindən tamamlanana qədər açıq olacaq”, – prokuror deyib.

Qeyd edək ki, bu il yanvarın 27-də Azərbaycanın Tehrandakı səfirliyinə silahlı hücum edilib.

“Kalaşnikov” silahı ilə səfirliyə hücum edən 50 yaşlı İran vətəndaşı Yasin Hüseynzadə təhlükəsizlik xidmətinin rəisi Orxan Əsgərovu öldürüb və daha iki mühafizəçini yaralayıb.

Hadisədən dərhal sonra İran rəsmiləri hücum edən şəxsin saxlanıldığını açıqlayıblar.

Xatırladaq ki, Prezident İlham Əliyev hücumu “terror aktı” adlandırıb və günahkarların cəzalandırılmasını tələb edib.

Editor

Related Posts