Today Çərşənbə, 16th Oktyabr 2024
Birinci 24

Birinci 24

Fatimə Fətəliyeva:”Həyatdakı ən böyük itkilərimdən oldu”

Fatimə Fətəliyeva:”Həyatdakı ən böyük itkilərimdən oldu”

Rəqqasə Fatimə Fətəliyeva Əməkdar artist, rəqqasə Aliyə Ramazanova ilə bağlı paylaşım edib.

Birinci 24 xəbər verir ki,sənətçi A.Ramazanovanın onun rəqs müəllimi olduğunu bildirib:

“Niyə həyat belədir, yaxşılar bu həyatdan vaxtsız köçür. Uşaqlığım, gəncliyim, mənə rəqs dilini, rəqsin nə olduğunu öyrədən, əsl müəllimə adını daşıyan özəl varlıq. Bu həyatdakı ən böyük itkilərimdən oldu. Mənə həyat dərsini öyrədən insan, qazandığım çörəyi, məşhurluğu borclu idim sizə. Çox sarsıldım”.

Qeyd edək ki, Aliyə Ramazanova 1982-ci ildə Azərbaycan SSR əməkdar artisti adına layiq görülüb. O, Azərbaycan Dövlət Mahnı və Rəqs Ansamblının solisti idi.

admin

Related Posts