Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Özünü bu amansız dünyanın qurbanı etdi”

“Özünü bu amansız dünyanın qurbanı etdi”

Əməkdar artist Aybəniz Haşımova Əməkdar artist Rəhman Rəhmanovun bu gün dünyasını dəyişən müğənni oğlu Emil Rəhmanovla bağlı paylaşım edib.

Birinci 24 xəbər verir ki, müğənni paylaşımında bunları yazıb:

“Çox üzüldüm. İfası o qədər gözəl idi ki, hər onu dinləyəndə dərin qaysaq bağlamış yaraların qopmaması mümkün deyildi. Təəssüf ki,özünü bu amansız dünyanın qurbanı etmişdi. Rəhman müəllim, ata oğulun çiynində gedər, deyirlər. Acınızı təsəvvür belə etmək istəmirəm. Dərdiniz çox ağrıtdı canımı, bunu bilin. Bütün ailəm adından sizə səbr diləyirəm. Allah rəhmət eləsin”.

Qeyd edək ki, Emil Rəhmanoğlu bu gün səhər saatlarında dünyasını dəyişib.

admin

Related Posts