Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Nisə Qasımova toxunulmazdır” – Muraddan Ceyran Haşımovaya

“Nisə Qasımova toxunulmazdır” – Muraddan Ceyran Haşımovaya

Xəbər verdiyimiz kimi, Xalq artisti Ceyran Haşımova Xalq artisti Nisə Qasımovadan incidiyini açıqlayıb.

Birinci 24 xəbər verir ki, musiqiçinin müğənninin ünvanına dediyi “Nisə Qasımova nankor insandır. Ona yalvarmayacağam ki, gəlsin, məni axtarsın. Nisəyə haqqımı halal etmirəm. Heç zaman da ona haqqımı halal etməyəcəyəm, çünki onun üzərində dünyanın zəhmətini çəkmişəm” sözləri birmənalı qarşılanmayıb.

C.Haşımovaya müğənni Murad Arif cavab verib. O, Axşam.az-ın instaqram səhifəsinə rəy yazaraq, bunları qeyd edib:

“Bu söhbətlərin heç yeri yoxdur. Xüsusən də indi… Nisə Qasımova hər halıyla toxunulmazdır, xalqın dəyərlisidir. Necəsə parlayacaqdı. Tanrının yazısıdır və vergisidir”.

admin

Related Posts