Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Sevda Sanaliyevanın yaşadığı binada YANĞIN OLDU

Sevda Sanaliyevanın yaşadığı binada YANĞIN OLDU

Müğənni Sevda Sanaliyeva qorxu dolu anlar yaşayıb.

Birinci 24 xəbər verir ki, sənətçinin yaşadığı coxmərtəbəli yeni tikili binada gecə saatlarında yanğın baş verib.

Yanğına səbəb isə kabellərdə qısa qapanma olub.

Bina sakinləri evlərini tərk ediblər. Əraziyə dərhal FHN-in əməkdaşları gəlib. Onların səyi nəticəsində yanğın qısa müddərdə söndürülüb. Bu haqda isə Sevda özü sosial şəbəkə hesabında video paylaşıb.

İki övladı ilə binanın həyətində digər sakinlərlə birgə əyləşən müğənni bildirib ki, onları mənzillərinə getməyə icazə vermirlər. Sevda bildirib ki, yanğında heç kim xəsarət almayıb. Binaya da zərər gəlməyib.

Qeyd edək ki, Sevda Sanaliyeva Yasamal ərazisində Qəzənfər Musabəyov parkının yanında yerləşən hündürmərtəbəli yeni tikili binaların birində yaşayır.

admin

Related Posts