Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Nura Suri daha iki nəfəri polisə verdi

Nura Suri daha iki nəfəri polisə verdi

Müğənni Nura Suri sosial şəbəkədə onun ünvanına təhqir yazan daha iki nəfəri polisə verib.

Birinci 24 xəbər verir ki, bu barədə ifaçı sosial media hesabınnda paylaşım edib.

“Bakı Şəhəri Baş Polis idarəsinə gəlmişəm. Şərhlərdə haqqımda təhqir və söyüş yazan kim varsa, onlar haqqında ərizə yazıram. Demək olar ki, onlarla tək mübarizə aparıram. Heç kəs heç kimə haqq vermir ki, tanımadığı insanı təhqir etsin, söyüş söysün.

Nəzərinizdə olsun, əgər hardasa haqqımda nələrsə yazmısınızsa və mən bunu görmüşəmsə, bilin ki, haqqınızda ərizə yazılıb. Bu gün isə iki nəfərlə bağlı ərizə yazmağa gəlmişəm” – deyə, Nura bildirib.

Qeyd edək ki, müğənni bir müddət əvvəl də paylaşım edərək sosial mediada onun ünvanına təhqir yazan istifadəçini polisə verdiyini açıqlamışdı.

admin

Related Posts