Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Cəlilabadda avtomobil yük maşınına çırpıldı: Sürücü yanaraq öldü – FOTO

Cəlilabadda avtomobil yük maşınına çırpıldı: Sürücü yanaraq öldü – FOTO

Cəlilabadda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

Birinci 24 xəbər verir ki, ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi rayonun Qarazəncir kəndi ərazisində qeydə alınıb.

Alar kənd sakini 1991-ci il təvəllüdlü Elşən Cəlal oğlu Həbiyev idarə etdiyi “Mersedes-Benz” markalı avtomobillə hərəkətdə olarkən eyni istiqamətdə hərəkətdə olan “KamAz” markalı yük avtomobilinə çırpılıb. Qəza nəticəsində “Mercedes-Benz” yanıb, sürücü aldığı xəsarətlərdən ölüb.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) yanğından mühafizə hissəsinin texnikası cəlb olunub. Yanan avtomobil söndürülüb.

Faktla bağlı araşdırma aparılır.

admin

Related Posts