Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Narkotikə görə oğlunu itirən əməkdar artist: “Ən yaxın dostu…”

Narkotikə görə oğlunu itirən əməkdar artist: “Ən yaxın dostu…”

Əməkdar artist Kübra Əliyeva dünyasını dəyişən oğlundan danışıb.

Birinci 24 xəbər verir ki, “Bizimləsən” proqramında qonaq olan aktrisa övladının narkotikə qurşandığını və onu bu yola dostlarının çəkdiyini bildirib:

“O dərdi çəkmişəm. 46 yaşında oğlumu itirdim. Danimarkada Kopenhagendə oxuyan, ingilis, ərəb, Danimarka dilini bilirdi. Alman dilini öyrənirdi. Beş il orada oxuyub gəldi Bakıya. Bilmirəm niyə, bəlkə mənim də günahım var idi. Amma başqa övladlarım da var, qanadıma almışam. Ətrafı, ən yaxın dostu onu etdi. Dəfələrlə qonaq etdi… Nə oldu? Qaraciyəri məhv oldu və dünyadan köçdü. Gənc yaşda yox, gec qurşanmışdı narkotikə. Ağlı olan insan onu əlinə alanda birinci ailəsini düşünməlidir. Gənclər, narkotiki sizə verən olanda, atmayın, düşünün. Düşünün ki, bunun arxasında nələr durur: evlər, pullar, həyat gedir, ailə biabır olur. Mən biabır olmadım”.

admin

Related Posts