Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

Şəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib

Şəhid Yusif Xəlilov Lənkəranda dəfn edilib

Azərbaycan Ordusunun Qarabağda həyata keçirdiyi lokal antiterror tədbirləri zamanı şəhid olan hərbçi Yusif Məmmədrza oğlu Xəlilov dəfn edilib.

Birinci 24 xəbər verir ki, mərasimdə yaylım atəşi açılıb, daha sonra şəhid Lənkəran rayonunun Veravul kənd qəbiristanlığında torpağa tapşırılıb.

Dəfn mərasimində rəsmilərlə yanaşı, rayon sakinləri, qazilər, müharibə iştirakçıları və şəhidin doğmaları iştirak ediblər.

Bildirilib ki, Y.Xəlilov həm də 2016-cı ildə Aprel döyüşlərində iştirak edib və yaralanıb.

Mərasimdə şəhidlərimizin qanının yerdə qalmadığı, bu günə qədər xalqımıza qarşı mənfur düşmənin törətdiyi heç bir cinayətin cavabsız qalmayacağı, hər bir caninin haqq etdiyi cəzasını alacağına əminlik qeyd edilib.

Şəhidin tabutuna bükülən Dövlət Bayrağı onun ailə üzvlərinə təqdim olunub.

admin

Related Posts