Gəncə şəhərində və ətraf rayonlarda axşam saatlarından başlayaraq güclü külək əsir, Goranboy və Şəmkir rayonlarının bəzi hissələrində elektrik enerjisinin verilməsində fasilə yaranıb.
Birinci 24 Report-a istinadən xəbər verir ki, güclü külək səbəbindən Şəmkir şəhərinin bəzi hissələrində, Goranboy rayonun Boluslu, Məşədiqaralar və Eyvazlılar kəndlərində elektrik enerjisinin verilməsi dayandırılıb.
Qeyri-sabit hava şəraiti səbəbindən başqa fəsadların olub-olmadığı adiəti qurumlar və idarələr tərəfindən araşdırılır.