Today Bazar ertəsi, 14th Oktyabr 2024
Birinci 24

Birinci 24

Narkotik aludəçisi olan taksi sürücüsü saxlanıldı

Narkotik aludəçisi olan taksi sürücüsü saxlanıldı

Sosial şəbəkələrdə paytaxt ərazisində Toyota Prius markalı avtomobilin sürücüsünün qeyri-adekvat hərəkətlər etməsini özündə əks etdirən görüntülər yayılıb.

Birinci 24 xəbər verir ki, bu barədə DİN-in Mətbuat Xidmətinin əməkdaşı, polis mayoru Anar Qafarovu mətbuatın sorğusuna cavab olaraq bildirib.

Qeyd olunur ki, bu görüntülər əsasında Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları tərəfindən keçirilən tədbirlərlə həmin sürücü paytaxt sakini, əvvəllər məhkum olunmuş 1965-ci il təvəllüdlü İlham Qafarov müəyyən edilərək saxlanılıb. Onun üzərindən narkotik vasitə heroin aşkar edilib.

Araşdırmalarla İ.Qafarovun narkotik vasitə aludəçisi olduğu və icarəyə götürdüyü avtomobillə Bakı şəhərində taksi fəaliyyəti ilə məşğul olduğu müəyyən edilib.

Hazırda Nəsimi RPİ-nin İstintaq Şöbəsində araşdırma aparılır.

Editor

Related Posts