Today Bazar, 13th Oktyabr 2024
Birinci 24

Birinci 24

“Nənə və nəvəni öldürüb, 600 dolları da götürüb getdik”

Bakı Ağır Cinayətlər Məhkəməsində paytaxtın Yasamal rayonunda 1947-ci il təvəllüdlü Rəhilə Cəlilova və nəvəsi, 1989-cu il təvəllüdlü Aygün Əzizovanı qətlə yetirməkdə ittiham olunan Fərid Məmmədli və Anar Ağalarovun cinayət işi üzrə məhkəmə prosesi keçirilib.

Hakim Novruz Kərimovun sədrliyi ilə keçirilən prosesdə mərhum Aygün Əzizovanın atası Asif Əzizov təqsirləndirilən şəxslərə ömürlük cəza verilməsini istəyib.

Daha sonra təqsirləndirilən şəxs qismində ifadə verən Anar Ağalarov elan olunmuş ittiham üzrə özünü qismən təqsirli bilib. O bildirib ki, xalası oğlu Teymurla birlikdə mərhum Rəhilənin evindən oğurluq etmək qərarına gəliblər: “Teymur bildirdi ki, Rəhilənin evində pul var. Mənə dedi ki, sən qapıda dayan, özü isə içəri girdi. Mən də onun dediyi kimi etdim. Biz Rəhilənin yaşadığı evə getdik. Mən qapıda dayandım. Teymur evi yoxlamaq üçün qapını döydü ki, görək evdə kimsə var? Bu zaman içəridən səs gəldi. Teymur özünü təqdim edərək, qadına tanışlıq verdi. Qadın da Teymuru tanıdığı üçün qapını açdı. Teymur içəri keçib hadisəni törətdi. Rəhiləni Teymur bıçaqla vurdu. Mən özümü həmin evə getməyimə görə təqsirli bilirəm. Biz qətl hadisəsini törətməyi əvvəlcədən planlaşdırmamışıq”.

Təqsirləndirilən şəxsin sözlərinə görə, məqsədləri oğurluq və ya soyğunçuluq etmək olub.

Anar Ağalarov deyib ki, Teymur zərərçəkmişlərin evində dəfələrlə olub, onlarla tanışlığı var idi.

admin

Related Posts